')

Bu gün:


FutbolPress.Az | I Divizion klubları üçün ilin son cəzaları

I Divizion klubları üçün ilin son cəzaları


oxunma sayı: 101 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Aparılan müzakirələrdən sonra I Divizionda XIII turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Binə” – “Zaqatala” matçında sözügedən klubların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində “Binə”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə qəsəbə təmsilçisi 80 manat cərimə olunub.

MOİK – “Xəzər” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Ağsu” – “Turan Tovuz” matçının 75-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.


oxunma sayı: 101 | Paylaş:




?>