')

Bu gün:


FutbolPress.Az | "Legioner limiti dəyişdirilməlidi" - Fariz Nəcəfov

"Legioner limiti dəyişdirilməlidi" - Fariz Nəcəfov


oxunma sayı: 298 Paylaş:

FutbolPress“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb...

- İlk yekunlaşır. “Qəbələ” çempionatda arzuladığınız yerdədirmi?
- Daha yaxşı ola bilərdi. Amma ümumilikdə normaldı. Əsas da ikinci dövrədə yaxşı çıxış etdik. Komanda oyununu tapmağa başlayıb. Ümid edirəm ki, fasilədən sonra hər iki dövrədə yaxşı çıxış edib, çempion ola biləcəyik.

- “Qarabağ” nə qədər güclü olsa belə?
- Bəli. Futbol elə bir idman növüdü ki, burda həddən artıq gözlənilməz nəticələr ola bilir. Əgər “Qəbələ” çempion olarsa, bunu gözlənilməz nəticə kimi qəbul etmək lazım deyil. Biz bunun üçün çalışırıq. Əsas rəqibimiz “Qarabağ” nə qədər güclü olsa da, bizim də yaxşı tərəflərimiz var.

- Qış transfer pəncərəsiylə bağlı planlarınız müəyyənləşibmi?
- Kubok oyunundan sonra baş məşqçiylə görüşümüz olacaq. Amma indidən deyə bilərəm ki, komandada ciddi dəyişiklik gözlənilmir. Futbolçuların müqaviləsi davam edir. Mən həmişə bunun tərəfdarıyam ki, avrokuboklar ərəfəsində komanda tam hazır və oturuşmuş olsun, orda uğurlu çıxış edə bilək. Bunun üçün Premyer Liqada uyğun şərait olmalıdı. Əsas da legioner limiti məsələsi bizə mane olur. Bu, avrokuboklara uyğun gəlmir. Legionerləri saxlaya bilmirik, yerli futbolçularımız isə o səviyyədə deyillər. Avrokuboklarda daha uğurlu çıxış etməyimiz üçün limit dəyişdirilsə, daha yaxşı olar.

- Bəzi legioner futbolçularının ehtiyatda qalır...
- Onları böyük ümidlə transfer etmişdik. Ancaq heyətə düşə bilmirlər. Buna görə də onlar özləri də narazıdılar. Biu narazılıqlarını haqlı hesab edirəm. O futbolçuları bura oynamaq üçün gətirmişdik. Amma bizdən asılı olmayan səbəbə görə kənarda qalırlar. Limit imkan vermir. Bu məsələdə baş məşqçini də qınamıram. Onun razı qaldığı heyət var və limitə görə digərlərini əlavə edə bilmir.

- Bəlkə yerli futbolçulara üstünlük verəsiniz? Məısələn, “Qarabağ”da yığmasnın oyunçuları var ki, meydana çıxmırlar...
- Bizdə yerli futbolçular problemdi. "Qarabağ"da isə həmin futbolçuların klubla müqaviləsi var.  Akademiyada çox yaxşı futbolçularımız yetişir. Biz onlara ümid edirik. Mən bunu əminliklə deyirəm ki, hər hansı səbəbdən futbolu tərk etməsələr, gələcəkdə ölkə futbolunda əsas fiqurlar ola bilərlər.Bunun üçün isə vaxt lazımdı. Həmin zaman çatana qədər qədər limit dəyişdirilməli, azaldılmalıdı. Demirəm tam aradan götürülsün. Avrokuboklarda nəsə edəcəyinə ümid olan 1-2 komanda var, onları da bu şəkildə zəiflətmək olmaz.

- Yəni legionerlərin sayı artırılmalıdı?
- Bu, qaçılmazdı.

- AFFA və PFL rəhbərliyi ilə danışmısız. Qarşı tərəflə söhbətlərinizdə ümid yeri varmı?
- Görünmür.

- Bəs hansı arqumenti qoyurlar ortaya? Tez-tez danışdıqığın Ramin Musayev nə əsas gətirir?
- Ramin Musayev limitin dəyişdirilməsinin tərəfdarıdı. Amma bu, onun həll edəcəyi məsələ deyil, İcraiyyə Komitəsinin qərarı ilə həll olunur. Limit problemini gündəmə gətirən yalnız "Qəbələ"di, başqa klublardan dəstək verən yoxdu. Hesab edirəm ki, biz səbəbi əsaslandırırıq. Statistikanı qoyuruq ortaya. Bu limit yeni futbolçu nəslinin yetişməsində heç bir xeyir vermədi. Ortaya sübut qoymaq lazımdı. Amma belə futbolçu yoxdu. Kimsə deyə bilməz ki, limit sayəsində hansısa futbolçu yetişdi və milliyə getdi. 

- Yaşla bağlı limitdən də narazısız?
- Yox. Yaş limiti olsun. Bir nəfər gənc futbolçuya etiraz etmirik. Narazılığımız legioner limitinədi. Gətirdiyimiz legionerlər səviyyəsində yerli oyunçularımız olsa, bu söhbəti açmazdım. Ancaq belələri yoxdu.

- Endi Hallidey və Deyv Bultuis kimi oyunçuların icarəyə verilməsi gündəmdədimi?
- Ondan danışıram ki, avrokuboklarda yaxşı oynamaq üçün bizə hələ əlavə 1-2 belə futbolçu lazımdı. Yenə limit problemi ortaya çıxır. Məqsədimiz ancaq avrokuboklarda yaxşı çıxış etməkdi, ölkə futbolu üçün əsas olan da budu. Mən “Qarabağ”ı demək istəmirəm, onların yerli oyunçu problemi yoxdu. Amma çempionatımız təkcə bir klubdan ibarət deyil. Başqa komandaları da düşünmək lazımdı. “Neftçi”, “Zirə” və ya “Kəpəz” olsun, onlar üçün də bu vacibdi. Klublara dəstək olmaq lazımdı.


oxunma sayı: 298 | Paylaş:





?>