')

Bu gün:


FutbolPress.Az | “Neftçi”nin qış transfer planları – klub prezidenti açıqladı

“Neftçi”nin qış transfer planları – klub prezidenti açıqladı


oxunma sayı: 413 Paylaş:

FutbolPress“Neftçi”nin prezidenti Orxan Hüseynzadə AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavabılandırıb. O, paytaxt klubunun qış transfer planları barədə də danışıb.

Hüseynzadə 3 mövqeyə yeni oyunçu almaq fikrində olduqlarını, həmçinin bir neçə gənc futbolçunu icarəyə göndərəcəklərini söyləyib:

“2-3 futbolçu cəlb edəcəyik. Mərkəz müdafiəçisi, sol cinah yarımmüdafiəçisi və hücumçu transfer etməyi planlaşdırırıq. Gedənlərə gəldikdə isə cavan oyunçulardan bəzilərini icarəyə göndərəcəyik. Fəhmin Muradbəyli, Məqsəd İsayev, Rahil Məmmədov, bir də Tərzin Cahangirovun ayrılması gündəmdədi. Tərzini birdəfəlik sata da bilərik. Onu transfer etmək istəyən olsa, problem yaratmayacağıq”.

Klub prezidenti ayrılması gündəmdə olan legionerlər – Pavel Dreksa, Daniel Seqoviya və Mateo Mujek haqda da məlumat verib:

“Dreksanın icarə müddəti bitir. Digər iki futbolçuya gəlincə, “Zirə” ilə kubok oyunundan sonra onlarla danışacağıq. Qərarı da buna uyğun verəcəyik”.


oxunma sayı: 413 | Paylaş:




?>