')

Bu gün:


FutbolPress.Az | "Çalışacağıq ki, AFFA və PFL səsimizi eşitsin" - Orxan Hüseynzadə

"Çalışacağıq ki, AFFA və PFL səsimizi eşitsin" - Orxan Hüseynzadə


oxunma sayı: 283 Paylaş:

FutbolPressAFFA Klublar Komitəsinin yeni sədri seçilən “Neftçi”nin prezidenti Orxan hüseynzadə iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb...

- Bu təyinat sizin üçün nə qədər gözlənilməz oldu?
- Gözlənilməz oldu. Biz elə bilirdik ki, Kamran Quliyev işinə davam edəcək. Ancaq hamı mənə səs verdi. Çalışacağıq ki, gələn il Klublar Komitəsinin çəkisini artıraq. Bir az güclənsin, AFFA və PFL səsimizi eşitsin. Klub futbolumuzun inkişafı üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq.

- Çəkini artırmaq, yəni...
- Problemlər çoxdu. İstəyirik ki, onlar dərhal həll olunsun. Bu, həm uşaq futbolu ilə bağlıdı, həm klublarda infrastruktur problemləri var. Bunları tez bir zamanda yoluna qoymağa çalışacağıq.

- Bəzən klublar özləri də bu komitəyə sanki etinasız yanaşırlar. Bu il bir çox iclasda klublar 3-4-cü dərəcəli adlarla təmsil olundular...
- İclaslar üçün elə vaxt seçməliyik ki, klub prezidentləri, icraçı direktorlar gələ bilsin və onlar yüksək səviyyədə təmsil olunsunlar. Belə olarsa, qurumun nüfuzu artacaq.

- Bütün klubların sizə səs verməsi necə oldu? “Neftçi” əvvəlcədən platforma təqdim etmişdi?
- “Neftçi” indiyə qədər katiblik etməyib bu qurumda.  Bu dəfə etimad göstərildisə, təşəkkür edirik. Çalışacağıq ki, bunu doğruldaq.

- Bu il KK-nın fəaliyyətində passivliklə yadda qaldı...
- Proqrama görə, ildə 4 dəfə toplaşmalıyıq. Problemlər artsa, ehtiyac olsa, daha çox yığışa bilərik.

- Növbəti iclasın Antalyada keçirilməsi planlaşdırılır. Bu, spontan ideya oldu, yoxsa əvvəldən belə düşünmüşdüz ki, bütün klublar orda olacaq və hamı iştirak edə biləcək?
- Məncə, orda olacaqlar. Əgər millinin oyunu fevralın 2-də təsdiqlənsə, məncə, həmin gün 2-3 saat müzakirələr aparıb, sonra futbola baxa bilərik. Düşünürəm ki, hamı orda olacaq.

- Sizin ürəyinizdə elə bir məsələ varmı ki, o, hələ də həllini tapmayıb və rəhbərlik edəcəyiniz bu müddət ərzində qabartmağı düşünürsüz?
- Xeyr. Çox şey həllini tapıb. Bir neçə problem var idi. Ehtiyatda 23 futbolçunun yer alması, əvəzedicilərin oyununun əsas komandadan bir gün sonraya salınması məsələləri həllini tapdı. Ona görə də xüsusi bir şey qalmayıb artıq.

- Oyunların yayımı ilə bağlı klublara maliyyə ödənməsi gündəmdə idi. Bir neçə dəfə müzakirə edilsə də, hələlik son qərar yoxdu. Bu barədə nə fikirləşirsiz?
- Gələn il bunu müzakirə edəcəyik. Əgər məsələni birinci növbədə həll etmək lazımdısa, ilk iclasda müzakirəyə çıxaracağıq.

- Klubların bir çoxu legioner limitindən narazılıq edir. Klublar Komitəsi bununla bağlı İcraiyyə Komitəsinə müraciət etməyi düşünürmü?
- Neçə klubun istəməsindən asılıdı. 5-6 klub bu təklifi versə, müzakirə etmək olar.

- Yeni sədr olaraq siz necə düşünürsüz, buna baxılmalıdırmı?
- “Neftçi”nin mövqeyi budu ki, hazırkı limit qalsın. Yəni meydanda maksimum 6 legioner olsun.

- "Neftçi"dən söz düşmüşkən, komandanın qışaqədərki çıxışı sizi nə dərəcədə qane etdi?
- Start çox pis alındı. Yeni baş məşqçinin gəlişi ilə inam yarandı ki, komanda oynaya bilər. Ayrı-ayrılıqda futbolçularımız güclüdülər. Sadəcə problem odu ki, komanda şəklində çətinlik yaşayırdıq. İnanıram ki, bundan sonra irəliləyiş olacaq. Ümid edirik ki, vəziyyət düzələcək.

- Bu iclasda Nizami Hacıyev və Mirhüseyn Seyidovun ömürlük futboldan uzaqlaşdırılması məsələsi müzakirə edildimi?
- Olunub. AFFA nümayəndəsi də burda idi. O, bizi məlumatlandırdı və xahiş etdi ki, klublar AFFA ilə sıx əməkdaşlıqda olsunlar, hər hansı məlumat olarsa, bildirsinlər.


oxunma sayı: 283 | Paylaş:




?>