Deniz Yılmaz da oynayarmış...
Paylaş:
Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycan yığmasının üzvü Deniz Yılmazın formasını geyindiyi “Bursaspor” doğma meydanda “Adanaspor”la qarşılaşıb. Oyun bursalıların inamlı qələbəsi ilə başa çatıb – 2:0.
Bu kollektivlər arasındakı ilk matç da Denizin komandasının başa çatmışdı. Hər iki oyunda qələbə qazanan bursalılar növbəti mərhələyə vəsiqə qazanıblar.
Deniz də bu görüşün iştirakçısı olub. Uzun müddət idi forma şansı qazanmayan millimizin forvardı nəhayət ki, bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
| Paylaş: