')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin üzvü ukraynalı boksçu ilə döyüşəcək

"Qəbələ"nin üzvü ukraynalı boksçu ilə döyüşəcək


oxunma sayı: 209 Paylaş:

FutbolPressAzərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirəcək.

Təmsilçimiz Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq boks gecəsində qüvvəsini sınayacaq. 31 yaşlı boksçumuz dekabrın 15-də keçiriləcək “Extra Round5” çərçivəsində ukraynalı German Skobenko ilə qarşılaşacaq. Superağır çəkidə baş tutacaq döyüş 6 raund davam edəcək.

Atakişiyev peşəkar rinqdə keçirdiyi 4 döyüşün hamısında qələbə qazanıb. Bunların ikisində təmsilçimiz nokautla qalib gəlib. Onun rəqibinin hesabında isə biri nokautla olmaqla 4 qələbə və bir məğlubiyyət var.


oxunma sayı: 209 | Paylaş:




?>