"Real"la mübarizə aparmaq gücündəyik" - Unai Emeri
Paylaş:
PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının püşkünü dəyərləndirib.
O, Madrid "Real"ı ilə mübarizə aparmaq gücündə olduqlarını bildirib.
"Püşkün nəticələrini yaxşı qiymətləndirirəm. İnanıram ki, Realla mübarizə aparmaq gücündəyik. Çempionlar Liqasında nəyəsə nail olmaq üçün ən güclüləri məğlub etmək lazımdır. 1/8 final mərhələsi belə klublarla görüşmək üçün ən yaxşı vaxtdır. Burada istedad və bacarığından istifadə etməlisən. İstedad çox vacib amildir".
| Paylaş: