')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin baş məşqçisi Makedoniyada nəyə təəccüblənib?

"Neftçi"nin baş məşqçisi Makedoniyada nəyə təəccüblənib?


oxunma sayı: 193 Paylaş:

FutbolPress"Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Makedoniyanın "Vardar” klubunun düşərgəsində olub.

PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsində iştirak edən təcrübəli mütəxəssis bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bildirib:

"Sağ olsunlar, "Neftçi” rəhbərliyi səfər üçün hər cür şərait yaratmışdı. Bu ilin avqustunda bir həftə müddətində Moskva "Lokomotiv”inin düşərgəsinə göndərmişdilər. Bu dəfə isə 4 gün Makedoniyada oldum. "Vardar” klubunun idman direktoru, dünyaşöhrətli veteran futbolçu Darko Pançev və akademiyanın koordinatoru Boban Babunski ilə görüşdüm. Akademiyanın məşqçiləri və strukturu ilə tanış oldum. Məşqləri, oyunları izlədim. Yaxşı tərəfdən təəccübləndim. "Vardar” Makedoniyanın ən tanınmış klubu və o ölkənin ən yaxşı akademiyalarından biridi. Hesab edirəm ki, çox faydalı səfər oldu”.



oxunma sayı: 193 | Paylaş:




?>