')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"dan mövsümün rekordu

"Qarabağ"dan mövsümün rekordu


oxunma sayı: 212 Paylaş:

FutbolPressAğdamın “Qarabağ” klubu Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb.

6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir. Bunadək də  rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.

Bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.


oxunma sayı: 212 | Paylaş:




?>