')

Bu gün:


FutbolPress.Az | Kintanadan iki yubiley

Kintanadan iki yubiley


oxunma sayı: 128 Paylaş:

FutbolPressIV turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib.

Matçdakı 2-ci qolun  müəllifi üçün bu top tarixi olub. “Səbail”in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludur. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topdur. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.

“Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.


oxunma sayı: 128 | Paylaş:




?>