Bu gün:


FutbolPress.Az | AVRO-2020: Bakıda hansı qrupun oyunları keçiriləcək?

AVRO-2020: Bakıda hansı qrupun oyunları keçiriləcək?


oxunma sayı: 122 Paylaş:

FutbolPressUEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda AVRO-2020 ilə bağlı bir sıra vacib qərarlar qəbul edilib.

Çempionatın açılış oyununun İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçirilməsi qərara alınıb. Milli stadion inşası ləngiyən Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlərin siyahısından çıxarılıb. Əvəzində Londonun "Uembli" stadionu təşkilatçılar siyahısına əlavə edilib.

Bir digər qərara görə, final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək.

Qəbul edilən qərarlar arasında Bakı Olimpiya Stadionu üçün də əhəmiyyətlisi olub. A qrupunun oyunlarını Roma ilə yanaşı, Bakı da qəbul edəcək. Paytaxtımızda, həmçinin 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.


oxunma sayı: 122 | Paylaş: