Bu gün:


FutbolPress.Az | "Dinamo Kiyev"in sabiq məşqçisi "Neftçi"də

"Dinamo Kiyev"in sabiq məşqçisi "Neftçi"də


oxunma sayı: 89 Paylaş:

FutbolPress“Neftçi”yə fiziki hazırlıq üzrə məşqçi təyinatı olub. Klubun rəsmi saytının yaydığı məlumata görə, bu vəzifəni ukraynalı mütəxəssis Dmitro Qolovko yerinə yetirəcək.

37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Dmitro Qolovko bunadək Ukraynanın “Dinamo” (Kiyev), “Krivbass”, “Karpatı”, “Volın”, “Çernomorets”, Rusiyanın “Volqa” klublarında çalışıb. O, 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında da işləyib.


oxunma sayı: 89 | Paylaş: