Bu gün:


FutbolPress.Az | Azərbaycan Kuboku: 1/4 final mərhələsi rəqəmlərin gözü ilə

Azərbaycan Kuboku: 1/4 final mərhələsi rəqəmlərin gözü ilə


oxunma sayı: 22 Paylaş:

FutbolPressBu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. 6 gün ərzində mərhələnin ilk və cavab oyunları baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı 2017-ci ilin son görüşləri olacaq bu matçlarda üz-üzə gələn komandaların ölkə kubokundakı şəxsi qarşılaşmalarının balansını təqdim edib.

Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar 
10-11 dekabr

11. "Qəbələ" - "Səbail" – indiyədək qarşılaşmayıblar
 
12. "Zirə" - "Neftçi" – 2 oyun, +1=0-1, top fərqi 2-4
Ötən mövsüm də yolları kəsişən paytaxt klubları yenidən eyni mərhələdə üz-üzə gələcək. Bir il əvvəl hər iki komanda səfər qarşılaşmasında qalib gəlib. İlk oyunu qonaq qismində keçirən “Neftçi”nin böyükhesablı qələbəsi sonda yarımfinala keçmək üçün həlledici olub.


2016/17 1/4 final Zirə - Neftçi (Bakı) 0:3, 2:1
 
13. "Keşlə"- "Kəpəz"" – 2 oyun, +1=1-0, top fərqi 2-0
1/4 finalın üç cütündə olduğu kimi bu komandalar da ötən mövsüm eyni mərhələdə qarşılaşıb. Paytaxt təmsilçisi məğlub olmadan və qol buraxmadan mərhələ adlayıb. Bakılılar həlledici qələbəni ev matçında əldə edib.


2016/17 1/4 final İnter (Bakı) - Kəpəz (Gəncə) 2:0, 0:0
 
14. "Qarabağ" – "Sumqayıt" – 5 oyun, +5=0-0, top fərqi 20-3
Ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında “Qarabağ” qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Ağdam klubu öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.


2011/12 1/8 final Qarabağ (Ağdam) - Sumqayıt Şəhər 3:0
2015/16 1/4 final Qarabağ (Ağdam) - Sumqayıt 2:0, 4:1
2016/17 1/4 final Qarabağ (Ağdam) - Sumqayıt Şəhər 6:0, 5:2
 


oxunma sayı: 22 | Paylaş: