Bu gün:


FutbolPress.Az | "Qarabağ" gerilədi - UEFA reytinqi

"Qarabağ" gerilədi - UEFA reytinqi


oxunma sayı: 112 Paylaş:

FutbolPressAvropa klublarının yeni reytinq cədvəli açıqlanıb. Çempionlar Liqasının qrup mərhələsinin 6-cı tur oyunları siyahıda bir sıra dəyişikliklərə səbəb olub.

“Roma”ya minimal hesabla uduzan “Qarabağ” 1 pillə geriləyib. Azərbaycanın ən yaxşı təmsilçisi 442 komanda arasında “Rapid”lə birgə 67-68-ci yerləri bölüşdürür.. Komandanın hesabında 20.500 xal var.

Digər klublarımızdan “Qəbələ” 5.250 xalla 191-cidi. “Neftçi, “Keşlə”, “Zirə”, “Kəpəz”, “Xəzər Lənkəran” isə 3,825 xalla 244-cü yeri bölüşür.

Reytinq siyahısına Madrid “Real”ı başçılıq edir.


oxunma sayı: 112 | Paylaş: