Bu gün:


FutbolPress.Az | "Qarabağ"la oyun üçün iki itki ilə

"Qarabağ"la oyun üçün iki itki ilə


oxunma sayı: 25 Paylaş:

FutbolPressAzərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq olan “Sumqayıt” hazırlığını davam etdirir. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda bu gün saat 11:00-da növbəti məşqini keçirib.

Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bundan başqa əvəzedici heyətdən 4 futbolçu – Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb. Saat yarım davam edən məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib.

“Qarabağ” – “Sumqayıt” qarşılaşması 11 dekabr, saat 19:00-da “Azersun Arena”da keçiriləcək.


oxunma sayı: 25 | Paylaş: