Bu gün:


FutbolPress.Az | Şehiç qrup mərhələsinin ən yaxşısı oldu

Şehiç qrup mərhələsinin ən yaxşısı oldu


oxunma sayı: 262 Paylaş:

FutbolPressÇempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Dünən baş tutan son oyunların ardınca yekun statistik göstəricilər də açıqlanıb.

Bu yarışdakı təmsilçimiz "Qarabağ"ın qapıçısı İbrahim Şehiç fərqlənənlərdən olub. O, qrup mərhələsinin ən çox seyv edən qapıçısı adını qazanıb. Bosniyalı qolkiper 6 matçda 35 dəfə komandasını qoldan xiolas edib.

Bu baxımdan ikinci yerdə "Maribor"lu Yasmin Handanoviç (32 seyv), 3-cü pillədə ÇSKA-nın "çərçivə" qoruyucusu İqor Akinfeyev qərarlaşıb.


oxunma sayı: 262 | Paylaş: