Bu gün:


FutbolPress.Az | Alesio: "Bu turnir komanda üçün əla sınaq oldu"

Alesio: "Bu turnir komanda üçün əla sınaq oldu"


oxunma sayı: 21 Paylaş:

FutbolPressİranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turniri çərçivəsində keçirilmiş Qazaxıstan – Azərbaycan (3:3) oyunundan sonra millinin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib.

O, turnirin komanda üçün əla sınaq olduğunu deyib:

“Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin oyun gözləyir. Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdür. Yaxşı və maraqlı oyun alındı. Bu turnir hər iki komanda üçün əla sınaq oldu. Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.


oxunma sayı: 21 | Paylaş: