Bu gün:


FutbolPress.Az | "Neftçi" danışılmış oyunlarla bağlı bəyanat yaydı

"Neftçi" danışılmış oyunlarla bağlı bəyanat yaydı


oxunma sayı: 43 Paylaş:

FutbolPress"Neftçi"bəyanat yayıb. Bakı klubu danışılmış oyunlarla bağlı daxili araşdırma apardıqlarını və AFFA-dan komandanın məşqçi-metodisti Ağakişi Mehdizadənin cəzalandırılması üçün müraciət etdiklərini bildirib.

Klub onun özünü təqsirli bildiyini qeyd edib. Bəyanatın mətni belədi:

"Son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Topaz Premyer Liqasının bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb. Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Ağakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi–metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırki "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb.

Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq".


oxunma sayı: 43 | Paylaş: