Bu gün:


FutbolPress.Az | Ndlovu: "İlk oyundakı nəticə real gücümüzü əks etdirmir"

Ndlovu: "İlk oyundakı nəticə real gücümüzü əks etdirmir"


oxunma sayı: 54 Paylaş:

FutbolPressÇempionlar Liqasının qrup mərhələsinin V turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.

Cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:

- Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq.

- Komandanın Avropa liqasına çıxmaq şansı var. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki?
- Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdi. Buna görə, təzyiq altında onlar olmalıdılar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdusa, növbəti mövsümə köklənəcəyik.

- Premyer Liqada yaxşı oyununuzla seçilirsiz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdız. Bu amil sizə “Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir?
- Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdi. Bunu heyətdə hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır


oxunma sayı: 54 | Paylaş: