')

Bu gün:


FutbolPress.Az | Əvvəl Qurbanov, sonra Konte

Əvvəl Qurbanov, sonra Konte


oxunma sayı: 152 Paylaş:

FutbolPressUEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. Noyabrın 21-də Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 17:40-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Çelsi"nin baş məşqçisi Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İngiltərə çempionunun son məşqi isə “Bakcell Arena"da baş tutacaq.

Ağdam klubundan verilən məlumata görə, “Çelsi"nin mətbuat konfransında iştirak etmək istəyən media mənsubları üçün "Azərsun Arena"dan Bakı Olimpiya Stadionuna xüsusi avtobus ayrılacaq.


oxunma sayı: 152 | Paylaş:





?>