"Qarabağ" üçün "Neftçi"nin məğlubiyyətini görən hakim
Paylaş:
“Qarabağ”ın Çempionlar Liqasında “Çelsi” ilə oyununu idarə edəcək Manuel de Souzanın yolu ikinci dəfə təmsilçilərmizlə kəsişəcək. Portuqaliyalı ədalət təmsilçisi daha əvvəl də paytaxtımızda fit çalıb.
O, 2012-ci ildə Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin “Rubin”lə ev oyununda (0:1) idarəçilik edib. Souza həmin görüşdə qonaqların 3, bakılıların isə 1 futbolçusuna sarı vərəqə göstərib.
"Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də Bakı olimpiya Stadionunda keçiriləcək.
| Paylaş: