')

Bu gün:


FutbolPress.Az | "Azarkeşlərin istədiyi komandanı yaradacağıq" - Yunis Hüseynov

"Azarkeşlərin istədiyi komandanı yaradacağıq" - Yunis Hüseynov


oxunma sayı: 389 Paylaş:

FutbolPress“Kəpəz”in əsas komandasının baş məşqçisi təyin olunan Yunis Hüseynov klub saytına açıqlama verib. Təcrübəli mütəxəssis təyinatı ilə bağlı belə danışıb:

“Təyinata görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam. Gəncə və “Kəpəz” mənim üçün çox doğmadı. Burada doğulmuşam, boya-başa çatmışam. Futbolda da ilk addımlarımı “Kəpəz”də atmışam. Mənim üçün elə karyeramı bu klubda başa vurmaq da önəmli olub. Gəncə futbol şəhəridi, azarkeşlər bu idman növünü çox sevirlər. Təsadüfi deyil ki, “Kəpəz”in fanatları tamaşaçı sayına görə ölkədə 1-ci yerdədilər. Elə azarkeşlik etmək baxımından da öndə gedirlər. Gəncəlilər həmişə futbolçulara dayaq, dəstək olublar. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik və azarkeşlərin istədiyi komandanı yaradacağıq. Azarkeşsiz futbol oynamaq çətindi, özüm oynamışam və görmüşəm. Azarkeş olmayan yerdə futbolçu özünü rahat hiss etmir. İlk növbədə onların dəstəyi lazımdı. Son mövsümləri izləyirəm və görürəm ki, fanatlar yenə “Kəpəz”in yanındadılar. Mən Gəncədə oynayanda da belə idi, indi də bu cürdü. Komanda SSRİ birinciliyində çıxış edəndə stadion həmişə dolu olub. Yaxşı da, pis də oynayanda azarkeşlər “Kəpəz”ə dayaq durublar. Onlara səslənib demək istəyirəm ki, yenə komandaya dəstək versinlər”.


oxunma sayı: 389 | Paylaş:




?>