Hakimin qərarına görünməmiş etiraz (FOTO + VİDEOLAR)
Paylaş:
Serbiya Super Liqasında XVII tur oyunlarının birində qeyri-adi hadisələr baş verib. "Spartak"la "Boraç" arasında keçirilən matçda qonaq komandanın oyunçuları hakimə olduqca maraqlı formada etiraz ediblər.
Qarşılaşmanın 42-ci dəqiqəsində hakimin meydan sahiblərinin lehinə penalti təyin etməsi "Boraç" oyunçularının etirazına səbəb olub. Nəticədə referi onlardan ikisini meydandan qovub. Bundan sonra qonaq komanda futbolçuları hakimə etiraz olaraq meydanda yerə oturublar.
Uzun müzakirələrin ardınca 10 dəqiqəlik fasilədən sonra penalti zərbəsi, nəhayət, yerinə yetirilib. Ancaq ikinci hissədə də qeyri-adi hadisələr davam edib. "Boraç"ın qapıçısı topu hər dəfə qəbul edərkən onu stadionun kənarına vurub.
Oyun "Spartak"ın 3:1 hesablı qələbəsiylə başa çatıb.
| Paylaş: