Premyer Liqa: XII turu neçə azarkeş izlədi?
Paylaş:
Topaz Premyer Liqasının XII turunu stadiondan izləmiş azarkeş sayı məlum olub.
Ən yüksək göstərici Gəncədə qeydə alınıb. “Kəpəz”in “Səbail”ə uduzduğu (2:3) oyunu 9300 tamaşaçı tribunalardan izləyib.
Ən az azarkeş isə “İnter Arena”da olub. 1750 nəfər “Zirə”nin “Keşlə” üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.
Bakı Olimpiya stadionunda keçirilmiş “Qarabağ” - “Sumqayıt” görüşünü (2:0) 2000, “Bakcell Arena”dakı “Neftçi” - “Qəbələ” qarşılaşmasını (2:3) isə 2500 azarkeş tribunalardan izləyib.
Ümumilikdə, turun 4 oyununda 15550 azarkeş qeydə alınıb. Bu da, hər oyuna orta hesabla 3887 tamaşaçı deməkdi.
| Paylaş: