')

Bu gün:


FutbolPress.Az | Monroz: "Qolu hesab 2:2 olarkən vurmağım..."

Monroz: "Qolu hesab 2:2 olarkən vurmağım..."


oxunma sayı: 266 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XII turun “Neftçi” - “Qəbələ” (2:3) oyunundan sonra “qırmızı-qaralar”ın hücumçusu Stiven Jozef Monroz jurnalistlərin suallarını cavablandırıb. Komandasının 3-cü qolunu vuran fransalı oyunçu matçla bağlı fikirlərini bölüşüb:

- Əla oyun oldu. “Neftçi” yaxşı komandadı. Rəqibin ardıcıl qələbələri var idi. Biz daha yaxşı çıxış etdik və qalib gəldik. Artıq inanıram ki, əsas heyətdə oynaya biləcəm.

- Zədən nə yerdədi?
- Ötən turun son 15 dəqiqəsində zədə aldım. Fasilə dönəmində çox çalışdım. Ötən həftə zədəm keçdi. Daha çox çalışıram ki, heyətə düşüm.

- Vurduğun gözəl qolu şərh edərdin…
- Arxamda iki nəfər var idi. Daha sonra 1 nəfər qarşıma keçdi. Onlardan yayındım, qapını dəqiq nişan aldım və toru silkələdim. Qolu hesab 2:2 olarkən vurmağım daha əla oldu. Çünki komandanın qələbə qolunun müəllifi oldum.

- Çempionatda 2 aylıq fasilə yaranacaq. Bu, komandaya necə təsir edəcək?
- Ailəmlə görüşmək istəyirəm. Onlara vaxt ayırmaq fikrim var. Darıxmışam.


oxunma sayı: 266 | Paylaş:




?>