')

Bu gün:


FutbolPress.Az | "Legionerin də, yerli futbolçunun da üstünə qışqırıram" - Rəşad Sadiqov

"Legionerin də, yerli futbolçunun da üstünə qışqırıram" - Rəşad Sadiqov


oxunma sayı: 232 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XII turun “Neftçi” - “Qəbələ” (2:3) oyunundan sonra “ağ-qarların” yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb. T

- Matç barədə fikirlərin...
- Açıq futbol keçdi. Çətin olacağını bilirdik. “Qəbələ” komplektləşmiş komandadı. Qələbə arzusunda olsaq da, məğlub oldu.

- İki dəfə hesabda irəli oldunuz. Amma nəticədə meydandan xalsız ayrıldı. Buna səbəb nə oldu?
- Yəqin ki, hardasa səhv etdik. Qollarda hakimlər düzgün qərar vermədilər. İlk qolda künc zərbəsi yanlış idi. Özümüzün də səhvləri oldu. Hakimlər də diqqətli olmalıdılar. Hamının gözünün önündə top “Qəbələ”nin futbolçusundan meydanı tərk etdi, lakin küncdən zərbə təyin edildi. Başqa deyəsi sözüm yoxdur.

- Matçın gedişində Anton Krivostyukla Rəhman Hacıyevə çox göstərişlər verirdin. Nümayiş etdirkləri oyun səni qane etmirdi?
- Anton gənc oyunçudu. Arxasına çox vaxt futbolçu buraxır. Tərlan müəllim də ona çox tapşırır ki, oyunçunu arxanda buraxma. Ona görə qışqırırdıq ki, oyunçuları boş buraxmasın. Hər dəfə özü görürdü.

-  4 oyun ardıcıl qələbədən sonar liderlər qrupunda yer alan komandalara uduzdunuz. “Neftçi”də problem davam edir?
- Qələbələr qazananda da Tərlan müəllim demirdi ki, problemlər arxada qalıb. Deyirdik, nöqsanlarmız var və bunun üzərində çalışmalıyıq. Qış fasiləsində komandanı təkmilləşdirmək lazımdır.

- Heyətə əl gəzdirmək lazım deyil?
- Baş məşqçi özü qərar verəcək. Amma “Neftçi” üçün ilk “üçlük”dən kənarda qalmaq yaraşmaz. Baxmayaraq ki, xal fərqimiz çoxdur. Bu heyət dəyişsə də, dəyişməsə də, mübarizə aparmalıyıq.

- Nizami Hacıyev “Neftçi”yə keçir. Bu haqda nə düşünürsən?
- Bilmirəm, ötən gün mətbuatdan oxudum. Əlavə məlumatım yoxdu.

- Əgər gəlsə, “Neftçi”yə faydalı olar?
- Əlbəttə, gözəl qollar vurur. Fiziki cəhətdən məncə, hazırda bir az zəifliyi var. Qışdakı məşq toplanışında düzələr.

- “Neftçi”nin problem yerli oyunçularla bağlıdır, yoxsa əcnəbi?
- Onu konkret demık olmaz. Ayırmaq dügün deyil. Qıraqda legionerlər və yerli oyunçular ayrı-ayrı gəzə bilər. Amma meydanda belə deyil. Legionerin də, yerli futbolçunun da üstünə qışqırıram. Hər kəs özünə cavabdeh olur.


oxunma sayı: 232 | Paylaş:




?>