')

Bu gün:


FutbolPress.Az | Nazarovla Eratın dueli baş tutmadı

Nazarovla Eratın dueli baş tutmadı


oxunma sayı: 95 Paylaş:

FutbolPressAlmaniya II Bundesliqasında XIV turun oyunları keçirilib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” hesabat turunda millimizin sabiq futbolçusu Toğrul Eratın komandasıyla – “Duysburq”la üz-üzə gəlib. Aue klubu Duysburq səfərində böyük hesabla uduzub - 0:3.

Futbolçularımızın heç biri bu darmadağının iştirakçısı olmayıb. Nazarov qırmızı vərəqə cəzalısı olduğu üçün komandasına kömək edə bilməyib. Eratın oynamamasının dəqiq səbəbi bəlli deyil.

“Duysburq” hazırda 19 xalla 18 iştirakçı arasında 9-cu, “Ersgebirge” 11-ci pillədə qərarlaşıb.


oxunma sayı: 95 | Paylaş:




?>