')

Bu gün:


FutbolPress.Az | "... Onu öldürüb, basdırmalıyıq" - Tərlan Əhmədov

"... Onu öldürüb, basdırmalıyıq" - Tərlan Əhmədov


oxunma sayı: 618 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XII turun “Neftçi” – “Qəbələ” (2:3) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Maraqlı oyun alındı. Təəssüf ki, uduzduq. Bu da futbolun bir qanunudu. Təzə gələndə demişdim ki, məni narahat edən vəziyyətlərdən biri komandanın hazır olmamasıdı. Komanda 4 oyun qalib gələndə bilirdim ki, hardasa laxlama olacaq. Təməlin düzgün olmamasının nəticəsini görürük. Son iki oyunda yaxşı oynayıb, uduzduq. Hazırlıq dövrünün yaxşı olmaması bizi çox məyus edə bilər. Rəqibin sürətli hücum xətti var və bundan istifadə etdilər. Qarşıdakı 3 oyuna köklənməliyik. Futbolçulara təşəkkür edirəm.

- Təməl deyəndə komandada istədiyiniz oyunçuların olmamasını nəzərdə tutursuz?
- Təməldə çox şey var. İlk növbədə funksional hazırlıqdı ki, bu da komandada yoxdu. Qələbələrdən sonra əvvəlki dövrə qayıdacağımızı gözləyirdim. Psixoloji hazırlıq aşağı idi. Yenidən həmin istiqamətə yönəlirik. İkinci hissədə dəyişiklik etmək istəyəndə yalnız iki futbolçu gözümə dəydi. Limitə uyğun da futbolçum yox idi. Ona görə demirəm ki, bu komandanın mən yığmamışam. Futbolçular yaxşı oyun göstərirlər. Hücum xəttinə daha səviyyətli oyunçular lazımdı. “Neftçi”də bu baxımdan axsaqlıq var. Azərbaycanda elə bir futbolçu yoxdu ki, komandaya gətirək. Nizami Hacıyev nəsə deyibsə, deməli doğrudu. Tam anlaşma hələlik yoxdu. Çempionat davam edir və onun da klubu ilə müqaviləsi var. Başqa yerli futbolçu görmürəm. Aşağı yaşlarda da "Neftçi" səviyyəsində kimisə tapa bilmirəm. Problem böyük olaraq qalır.

- “Qəbələ”nin birinci qolunda künc zərbəsindən sonra xeyli əsəbləşdiyiniz göründü...
- Aşkar görünürdü ki, top rəqib futbolçudan çıxıb. Mən epizoda yaxın idim və aşkar gördüm. Ancaq laynsmann künc zərbəsi təyin etdi. Fasilədə də baxdıq və dəqiqləşdirdik. Bir məşqçi olaraq buna etiraz etməyə haqqım var.

- Seqoviya çoxdandı oynamır...
- Seqoviya iki həftə zədəli oldu. 4 gündü ki, məşqlərə başlayıb. Mən heç kimin haqqını yeməmişəm. Elə futbolçu var ki, planlarıma uyğun deyil. Bu gün iki hücumçu istəyərdim, amma o, tam hazır deyil.

- Dediniz ki, eniş olacağını gözləyirdiz. Son iki ilin autsayderini yüksəldirsiz. Qol vurursuz, amma müdafiədə çətinlik çəkçirsiz. Bu, nə ilə bağlıdı?
- Müdafiə futbolunu harda, necə oynamaq məsələsi var. Müdafiə olunanda da problemlər ortaya çıxır. Buna görə hücum etmək istəyirik. Müdafiə olundanda da top buraxırıq, hücum edəndə də. Futbolun gözəlliyi üçün hücum etmək istəyirik. Mənim strategiyam gözəl futbolla qalib gəlməkdən ibarətdi. Bu da futbolçuların yüksək səviyyədə olmasından asılıdı. Hər halda onlar meydanda düzgün qərar verməlidilər. Sırf açıq futbolun tərəfdarı da deyiləm. Rəqib bu gün bizi bizi əks-hücumlarda yaxaladı.

- Elnur Cəfərovu cəzalandırmısız. O, sizinlə söhbətində özünə necə bəraət qazandırdı?
- Mətbuatda yazılanlara görə, biz onu öldürüb basdırmalıydıq. Onunla görüşəndə dedi ki, birinci məsələyə görə, oyundan sonra bahalı maşınla şəkil paylaşdığına görə üzrxahlıq elədim. Amma kimisə “söhbətə” çağırmağım düzgün deyil. Mən ona dedim ki, uzun müddətə cəzalandırılırsan və cərimə olunacaqsan. Milli komanda hamı üçün şərəfdi. Mən bu yığmaya görə karyeramı sual altına atmışam. Vaxt var idi, “Neftçi” Azərbaycan yığması olub. Futbolçu bilməlidi ki, hansı klubdan milliyə gedir. Buna görə onu komandadan çıxarmışam. Biz həyatdan insanı tez silirik. İnsanları sürətli baltalayırıq. Elnuru qovmaq da asandı. Onu düz yola çəkmək istəyirəm. Sabah harasa gedəndə də insanlığı ilə seçilsin. Futbol müvəqqəti bir şeydi. Cavan futbolçudu, ona dəstək olmalıyıq. Onun özündən də çox şey asılıdı. Elnuru göndərmək limitə görə mənfi haldı, ancaq indi limiti düşünə bilmərəm. Mövsümdən əvvəl bunu nəzərə almaq lazım idi. Antondan başqa yaı limitinə uyğun kimsə yoxdu. Elnur idi, onu da əvəzedici heyətə göndərdik. Fəhmin də zədəlidi və başqa seçimimiz yoxdu. Mövsümdən əvvəl bunlar hamısı həyata keçirilməli idi. Əlimizdə olanlardan istifadə etməliyik.

- Hazırlığın düzgün olmamasını dedi və oyunçu çatışmazlığından şikayətləndiz. Bunun səbəbi Elxan Abdullayevdi, yoxsa rəhbərlik?
- Hər halda futbolçunu rəhbərlik yığmır. Bu, məşqçilərin işidi. Tək Elxan Abdullayevi günahlandırmaq istəmirəm. Futbolçu cəlb olunanda bunları hamısını məsləhətləşib etmək lazımdı. Vaxtında strategiya düzgün qurulmayıb. Bu gün limitdən əziyyət çəkməyimiz də bununla bağlıdı.


oxunma sayı: 618 | Paylaş:




?>