')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" yeni baş məşqçisini nə vaxt açıqlayacaq?

"Kəpəz" yeni baş məşqçisini nə vaxt açıqlayacaq?


oxunma sayı: 257 Paylaş:

FutbolPressNoyabrın 18-də “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib.

Tədbirdə MŞ-nın sədri Elmir Vəliyev, üzvlər Müzəffər Qasımov, Sərxan Babayev, İbrahim Cəfərov, Yusib Yusibov, Müşfiq Cəfərov və AFFA tərəfindən kluba təyin olunan yeni nümayəndə İslam Abbasov iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Elmir Vəliyev İslam Abbasovun şuraya üzv, eyni zamanda sədr müavini təyin olunması ilə bağlı fikirlərini bölüşərək, onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə həmçinin, Elnur Camalxanov yeni icraçı direktor kimi MŞ-nın üzvlərinə təqdim olunub. Həm İslam Abbasov, həm də Elnur Camalxanov çıxışlarında “Kəpəz” kimi tarixi böyük olan klubda fəaliyyət göstərəcəkləri üçün qürur duyduqlarını və klubun inkişafı yolunda yorulmadan çalışacaqlarını əlavə ediblər.

Tədbirin davam edən bölümündə “Kəpəz”in çıxışı və gələcək planlar müzakirə olunub. Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun titullarından bəhs etməklə komandanın hazırkı nəticələrinin xoş olmadığını və məyusluq doğurduğunu açıqlayıb. O, gələcək planlardan da danışaraq uşaq futbolunun inkişafı üçün arenanın ərazisində yardımçı meydançanın yenilənməsi istiqamətində görülən işlərə nəzər salıb. Bildirib ki, yer hazır olan kimi süni örtük əraziyə döşənəcək və ideal durumu ilə seçiləcək meydan aşağı yaş qrupları da daxil olmaqla komandaların ixtiyarına veriləcək. Elmir Vəliyev əlavə daha bir məşq meydançasının salınmasının nəzərdə tutulduğunu və bununla da futbolçuların məşq etməsi üçün şəraitin yaxşılaşacağını söyləyib. Planların geniş olduğunu vurğulayan MŞ-nın sədri Gəncə şəhər stadionuna plastik oturacaqların qoyulması prosesinin bu mövsüm də davam etdiriləcəyini əlavə edib. “Kəpəz”in əsas komandasının daimi Gəncədə məskunlaşmasının gələn ilə planlaşdırıldığını deyən Elmir Vəliyev bazada da əsaslı şəkildə təmir işlərinin aparılacağını və hər cür şəraitin yaradılacağını vurğulayıb. Şuranın sədri bütün işlərin 2018-ci ildə başa çatmasının nəzərdə tutulduğunu qeyd edib.

Vəziyyətlə bağlı danışan İslam Abbasov qısa vaxtda yerli şəraitlə tanış olduğunu bildirib və çatışmazlıqlardan danışıb. O, Gəncənin həmişə istedadlı yetirmələri ilə seçildiyini önə çəkib, əsas işlərin uşaq futbolunun inkişafı istiqamətində aparılmalı olduğunu vurğulayıb. “Kəpəz”in turnir cədvəlində tutduğu yerin Gəncəyə layiq olmadığını və birgə, səmərəli fəaliyyət nəticəsində vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib.

Tədbirdə həmçinin, “Səbail” ilə doğma meydanda alınan məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Şahin Diniyevin fəaliyyəti də müzakirə olunub. Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləri yekdilliklə istefanı qəbul ediblər. Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.


oxunma sayı: 257 | Paylaş:




?>