')

Bu gün:


FutbolPress.Az | “Kəpəz”də təcili iclas: yeni baş məşqçi müzakirə edildi

“Kəpəz”də təcili iclas: yeni baş məşqçi müzakirə edildi


oxunma sayı: 616 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev tutduğu postdan istefa verib. O, bu barədə qərarını Premyer Liqada XII turun “Səbail”lə ev oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Klub rəhbərliyi Diniyevin istefasını qəbul edib. Bununla bağlı “Səbail”lə oyundan dərhal sonra keçirilən təcili iclasda qərar verilib.

Bundan başqa toplantıda “Kəpəz”in yeni idarə heyətinin formalaşdırılması, idarəçilikdəki boşluqların aradan qaldırılması müzakirə edilib.

İclasda, həmçinin, yeni baş məşqçinin kimliyi barədə də danışılıb. Məsələ ilə bağlı dəqiq məlumat əldə edə bilməsək də, əsas namizədin Yunis Hüseynov olduğu güman edilir.


oxunma sayı: 616 | Paylaş:




?>