')

Bu gün:


FutbolPress.Az | “Komandaya yeni nəfəs lazımdı” – Şahin Diniyev istefası haqda

“Komandaya yeni nəfəs lazımdı” – Şahin Diniyev istefası haqda


oxunma sayı: 380 Paylaş:

FutbolPress“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin tutduğu postdan istefa verdiyi barədə xəbər vermişdik. Mütəxəssis “FutbolPress”ə açıqlamasında bu məlumatı təsdiqlədi.

O,  artıq rəsmi qərarın verildiyini və klubu tərk etdiyini bildirdi. Diniyev qərarını komandaya yeni nəfəs lazım olıduğunu hiss etməsiylə əlaqələndirdi:

“İstefa vermək özü bir mədəniyyətdi. Mən bunu göstərməliydim. Artıq 5-ci dəqiqədə oyunun taleyi həll olunmuşdu. Komanda özünü irəli apara bilmirdi. Hesab elədim ki, yeni nəfəs lazımdı. Oyundan sonra soyunub-geyinmə otağında komandaya istefamı elan elədim. Rəhbərliyi də məlumatlandırdım. Artıq rəsmi qərar verilib. Futbolçulara da dedim ki, məndən sonra kim gəlsə onun arxasında dursunlar. Bu komandanın irəli gedəcək gücü var.” 


oxunma sayı: 380 | Paylaş:




?>