')

Bu gün:


FutbolPress.Az | Xəbərimiz təsdiqləndi: Şahin Diniyev istefa verdi

Xəbərimiz təsdiqləndi: Şahin Diniyev istefa verdi


oxunma sayı: 402 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib. “Kəpəz”in çalışdırıcısı Şahin Diniyev postunu tərk edib.

O, bu barədə Premyer Liqanın XII turunda “Səbail”ə ev məğlubiyyətindən (2:3) sonra məlumat verib. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Bu barədə “Kəpəz” – “Səbail” oyununu şərh edən Elnur Məmmədəli də öz feysbuk hesabından paylaşım edib.

Hələlik klub rəhbərliyindən qərara münasibət bildirilməyib. Ancaq bizdə olan məlumata görə, hazırda “Kəpəz”in Müşahidə Şurası məsələ ilə bağlı iclas keçirir və yaxın zamanda qərar açıqlanacaq.

Şahin Diniyevin istefa verəcəyi ilə bağlı xəbəri bir müddət əvvəl “FutbolPress” yazmışdı. Onu da bildirmişdik ki, Diniyevi bu postda Yunis Hüseynov əvəz edəcək.


oxunma sayı: 402 | Paylaş:




?>