')

Bu gün:


FutbolPress.Az | Ramiz Məmmədov: "Bu, baş məşqçinin qorxaqlığıdı"

Ramiz Məmmədov: "Bu, baş məşqçinin qorxaqlığıdı"


oxunma sayı: 224 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XII turun “Keşlə” - “Zirə” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqşisi Ramiz Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Uşaqların oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsi olduğundan, ehtiyatda saxlamışdım. 90 dəqiqə oynamağa tam hazır deyil. İlk hissədə buraxdığımız qol planlarımızı pozdu. Ancaq uşaqlar qarşımıza qoyduğumuz tapşırığı 90 faiz yerinə yetirdi. Həmişə komandaya deyirəm ki, ilk qolu biz vurmalıyıq ki, oyun planımız pozulmasın.

- Komanda daha çox hücuma diqqət ayırır. Ancaq “Keşlə”də ağır futbolçular var ki, onlar buna uyğun deyil...
- Bununla tam razıyam. Artıq çəkini aradan qaldırmaq üçün müəyyən vaxt lazımdı. Başqa idman növlərində 3 kq çəki atmaq üçün uzun müddət çalışmalı olurlar. Komandada artıq çəkisi olan futbolçuları bilirsiz. Onların bu çəkini atması üçün vaxt lazımdı.

- Nizami Hacıyev artıq “Neftçi” ilə müqavilə bağladığını dedi...
- Biz peşəkar komandanın üzvüyük. Həvəskar komanda deyilik. Müqavilə bağlayıbsa, ona uğurlar arzu edirəm. Çalşacağıq qışda onun möqeyinə yeni oyunçu tapaq.

- Deməli, qarşıdakı oyunlarda çıxış etməyəcək?
- Xeyr, oynayacaq. Nizami müqaviləsinin son gününə kimi bizdə qalacaq. Hazır olsa, oyuna da çıxacaq.

- Artıq çəkinin atılması komandada fiziki yüklənmə yaratmayacaq ki?
- Belə olacağını düşünmürəm. Hər məşqimiz 90-120 dəqiqə çəkir. Bu məşq zamanı artıq çəkinin atılmasına çalışacağıq. Əlavə yüklənmə olmayacaq.

- Bu, sizin komanda deyil. Artıq üçüncü dövrənin komandasını qurmusuz?
- Qarşıma qoyulan əsas məqsəd bu heyətlə üçüncü dövrəyə kimi çıxış etməkdi. Ən azı 75 gün vaxtımız var. Lazım olan oyunçuları əvəzləyə bilərik. Kimin müqaviləsi varsa, son günə kimi onların xidmətindən istifadə edəcəyik. Akademiyanın da oyunçularından yararlanacağıq. Bahalı oyunçular almaq fikrimiz yoxdu.

- “İnter”in oyun üslubu var idi - beşli müdafiə. Sistemi dəyişmisiz. Bu, komandaya nə dərəcədə təsir edəcək?
- Biz bu sistemi birdən-birə pozmadıq. Çünki birdən bunu etmək çox çətinlik yaradardı. Fasilə müddətində vaxtımız var idi. Bu gün bu sistem komandanın qələbəsi üçün planlanmışdı. İlk hissədə “Zirə”nin üstünlüyünü inkar edə bilmərəm. Lakin ikinci hissədə üstünlüyümüz göz önündə idi. Bir hücumçunu üç müdafiəçinin saxlaması məşqçinin qorxaqlığıdı. Ancaq indiki sistemdə iki müdafiəçi bir hücumçunu saxlayır. Azərbaycan klublarının bir hücumçudan daha çox istifadə etdiyini nəzər alsaq, beş müdafiəçili sistemə ehtiyac görmürəm. İki müdafiəçi bir hücumçunu saxlaya bilməyəcəksə, mən ümumiyyətlə, həmin müdafiəçini komandada saxlamaram.


oxunma sayı: 224 | Paylaş:




?>