')

Bu gün:


FutbolPress.Az | "Çelsi" imtina etdi, "Qarabağ" 1000 bileti satışa çıxardı

"Çelsi" imtina etdi, "Qarabağ" 1000 bileti satışa çıxardı


oxunma sayı: 368 Paylaş:

FutbolPress"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Çelsi” ilə ev oyunu üçün satışa çıxarılan biletlərin bitdiyi barədə xəbər vermişdik.

“Çelsi” onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib.

“Qarabağ” isə oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq biletlərinizi əldə edə bilərsiniz.

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


oxunma sayı: 368 | Paylaş:




?>