"Zirə" və "Səbail"dən səfər qələbəsi
Paylaş:
Topaz Premyer Liqasında XII tur davam edir. Bu gün daha iki görüş keçirilib.
Əvvəlcə "İnter "Arena"da "Keşlə" və "Zirə" münasibətlərinə aydınlıq gətirib. Son zamanlar uğursuzluq zolağında olan meydan sahibi buna son qoymaı bacarmayıb. Qonaqlar npvbəti qələbə ilə lider "Qarabağ"la xal fərqini 1-ə endirib.
Günün ikinci oyunu Gəncədə keçirilib. Yerli "Kəpəz" "Səbail"i qəbul edib. İlk dövrədə debütanda məğlub olan Şahin Diniyevin komandası komandası bu dəfə də uduzub. 4 qol, 2 penalti və 2 qırmızı vərəqə ilə yadda qalan qarşılaşma qonaq komandanın qələbəsiylə başa çatıb. Beləliklə, "Kəpəz" sonuncu pillədən xilas olmaq şansını bu dut da əldən verib.
Topaz Premyer Liqası
XII tur
18 noyabr (şənbə)
13:00. “Keşlə” – “Zirə” 0:1
Qol: Milan Duriç, 18
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 2. Sertan Taşkın, 7. Mirsahib Abbasov, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad-Azad, 39. Əlibəy Məmmədli, 46. Əsəd Məsimov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 99. Ricat Qarayev
Baş məşqçi: Ramiz Məmmədov
“Zirə”: 85. Kamal Bayramov, (k) 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. David Manqa, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
15:00. “Kəpəz” – “Səbail” 2:3
Qollar: İlyas Səfərzadə, 27, Krim Diniyev, 35 (pen.) - Adrian Popoviçi, 5 (pen.), Ayron Stati, 16, Vüqar Nadirov, 56
Qırmızı vərəqə: Dedimar Ferreyra, 6
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
“Kəpəz”: 1. Davud Kərimi, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 21. Novruz Məmmədov, 26. Ba Mansur Aladji, 5. Kərim Diniyev, 12. İlyas Səfərzadə, 24. Məhəmməd Qurbanov, 10. Tural Rzayev, 8. Viktor Oseqeyl
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 9. İlkin Sadıqov, 2. Yusif Cəfərov, 16. Azər Məmmədov, 17. Əli Səmədov, 20. Samba Dialo, 7. Sergey Çernışev
Baş məşqçi: Şahin Diniyev
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 21. Murtuz Abakarov, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 35. Eqdaras Zarskis, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 11. Elman Taqayev, 13. Murad Musayev, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 88. Orxan Qurbanlı
Baş məşqçi: Samir Əliyev
| Paylaş: