')

Bu gün:


FutbolPress.Az | Paşayevin komandasından “Şaxtyor”a şok

Paşayevin komandasından “Şaxtyor”a şok


oxunma sayı: 398 Paylaş:

FutbolPressUkrayna Premyer Liqasında XVI tura start verilib. Açılış oyununda Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” “Şaxtyor”la qarşılaşıb.

Donetsklilərin meydanında keçirilən qarşılaşma sensasiyalı nəticə ilə yadda qalıb. “Aleksandriya” çətin səfərdə “Şaxtyor”a əsl şok yaaşdıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Millinin müdafiəçisi isə bu qarşılaşmanın iştirakçısı olmayıb. Pavelin adı oyunun iştirak ərizəsinə salınmayıb.

Bu qələbə ilə “Aleksandriya” xalını 15-ə çatdırıb və 3 pillə irəliləyərək, 8-ci yerə yüksəlib. Mövsümdə ikinci dəfə uduzan “Şaxtyor” isə liderliyini davam etdirir. Ancaq bu yenilgi ən yaxın izləyici “Dinamo”nun (Kiyev) yaxınlaşmasına imkan yaradıb.


oxunma sayı: 398 | Paylaş:




?>