Bu gün:


FutbolPress.Az | 8 oyun, 7 məğlubiyyət – U-21-in bir ili

8 oyun, 7 məğlubiyyət – U-21-in bir ili


oxunma sayı: 94 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisi 2017-ci ildə son oyununu keçirib. Yığma AÇ – 2019-un seçmə mərhələsində Kosovo ilə qarşılaşıb. V qrupun 5-ci turu çərçivəsində keçirilən görüşdə qapılara qol vurulmayıb.
 
Bu qarşılaşma yığmanın seçmə mərhələdə ilk xalını qazanması ilə yadda qalıb. Millinin 2017-ci ildəki yeganə məğlubiyyətsiz matçı da məhz Kosovo ilə görüş olub.
 
Ümumilikdə, U-21 il ərzində 8 oyun keçirib. Bunlardan 3-ü yoldaşlıq matçı olubsa, 5-i rəsmi xarakter daşıyıb. Yoxlama oyunlarının hamısında uduzan komanda, AÇ-2019-un seçmə mərhələsində keçirdiyi oyunların birində heç-heçə etməyi bacarıb.
 
İl ərzində U-21-ə iki məşqçi rəhbərlik edib. Yaşar Vahabzadə ilə başlayan komandaya seçmə mərhələnin üçüncü turundan etibarən Samir Ələkbərov rəhbərlik edib. Komanda yeganə heç-heçəyə də sonuncunun rəhbərliyi altında nail olub.
 
7 məğlubiyyətin 4-ü böyük hesabla olub. Bunlardan ikisi Vahabzadənin, digər ikisi Ələkbərovun dövründə qeydə alınıb. 8 oyunda rəqib qapıçıları cəmi 4 dəfə məyus edən yığma özü nə az nə çox, düz 30 dəfə mərkəzə dəvət olunub. 3 yoxlama oyununda top fərqi 1:11-disə, rəsmi matçlarda 3:19-a nisbətindədi.
 
U-21-in qollarına Mahir Mədətov, Elnur Cəfərov və İlyas Səfərzadə imza atıblar. Mədətov Çexiya və İrlandiyanın, Cəfərov İsrailin, Səfərzadə isə Almaniyanın qapısına yol tapıb.
 
Milli üzvləri bir dəfə də avtoqolla diqqət mərkəzinə düşüb. Anton Krivotsyuk Almaniya ilə səfər oyununda (1:6) rəqibin qələbəsinə “töhfə verib”.
 
2017-ci il yığmanın yeni antirekordu ilə də yadda qalıb. Bakıda Almaniyaya 0:7 hesabı ilə uduzan komanda tarixi ərzində ilk dəfə doğma meydanda bu cür fərqlə məğlub olub.
 
Azərbaycan U-21 yığmasının 2017-ci ildəki oyunları
 
YO. Türkiyə U-21 – Azərbaycan U-21 – 4:0
YO. Azərbaycan U-21 – Çexiya U-21 – 0:5
YO. Azərbaycan U-21 – Çexiya U-21 – 1:2
AÇSO. İsrail u-21 - Azərbaycan U-21 – 2:1
AÇSO. Azərbaycan U-21 – İrlandiya U-21 – 1:3
AÇSO. Almaniya U-21 - Azərbaycan U-21 – 6:1
AÇSO. Azərbaycan U-21 – Almaniya U-21 – 0:7
AÇSO. Azərbaycan U-21 – Kosovo U-21 – 0:0

"FutbolPress"



oxunma sayı: 94 | Paylaş: