Bu gün:


FutbolPress.Az | "Yeni sponsorlara qapımız açıqdı" - Əmrah Çəlikəl

"Yeni sponsorlara qapımız açıqdı" - Əmrah Çəlikəl


oxunma sayı: 209 Paylaş:

FutbolPressQarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin kluba sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

O, klubun rəsmi saytına açıqlamasında belə bir sponsorluq müqaviləsinin mövcud olmadığını söyləyib:

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.


oxunma sayı: 209 | Paylaş: