Bu gün:


FutbolPress.Az | Şeydayev Kosovoya qarşı oynayacaq?

Şeydayev Kosovoya qarşı oynayacaq?


oxunma sayı: 132 Paylaş:

FutbolPressBu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2019-un seçmə mərhələsində Kosovo ilə qarşılaşacaq. Yığma bu oyunda Ramil Şeydayevin xidmətindən yararlana bilməyəcək.

Almaniya ilə oyunu zədə səbəbindən buraxan futbolçunun Kosovoya qarşı meydana çıxıb-çıxmayacağı bəlli deyildi. Ancaq onun oynamayacağı dəqiqləşib. Bu barədə futbolçunun özü məlumat verib. Ramil bildirib ki, hələlik yalnız yüngül məşqlər edə bilir.

"Dalğa Arena"da keçiriləcək Azərbaycan - Kosovo oyunu 18:00-da start götürəcək.


oxunma sayı: 132 | Paylaş: