Bu gün:


FutbolPress.Az | İtaliya mundialdan kənarda qaldı

İtaliya mundialdan kənarda qaldı


oxunma sayı: 123 Paylaş:

FutbolPressDÇ-2018-in pley-off mərhələsinin cavab oyunları davam edir.

Bu gün daha bir görüş keçirilib. Dördqat dünya çempionu İtaliya öz meydanında İsveçi qəbul edib.

Bu komandalar arasında keçirilən ilk matçda İsveç millisi 1:0 hesabı ilə qalib gəldiyi üçün italyanlar mundiala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqiylə qələbə qazanmalı idi. Ancaq bu baş tutmayıb. Qeydə alınan 0:0 hesabı İsveçi mundiala daşıyıb. İtaliya isə 1958-ci ildən sonra ilk dəfə DÇ-yə qatıla bilməyib.

DÇ-2018, pley-off mərhələsi
Cavab oyunları

23:45. İtaliya - İsveç 0:0

İlk oyun: 0:1


oxunma sayı: 123 | Paylaş: