')

Bu gün:


FutbolPress.Az | Elxan Mәmmәdovun alqış istәyinә cavab olacaq (KİÇİK QEYD)

Elxan Mәmmәdovun alqış istәyinә cavab olacaq (KİÇİK QEYD)


oxunma sayı: 674 Paylaş:

FutbolPressAFFA-nın baş katibi Elxan Mәmmәdov deyib, günahkar Mikayıl Nәrimanoğlunu işdәn çıxardıq, AFFA-nı alqışlamalısınız.

1. İşdәn çıxarılmayıb, vәzifәsi dәyişdirilib. Vә niyә çıxarılmayıb, huquqi araşdırma başlamayıb?

2. AFFA-nı alqışlayacağıq. Hesabat konfransına elә çox qalmayıb. Deyəsən Avropaya sәs salan o "aftafa aksiyası"ndan daha  birini gerçәklәşdirmәk zamanı gәlib çatıb...
Konkret pul oğurluğu faktı aşkarlansın, sәnsә alqış istә.
Neft pullarının dağıdıldığı әn böyük "poliqonlardan" biri futbol sahәsi ola, adam alqış istәyә.

3. Nәrimanoğlu AFFA-nın tәşәbbüsü ilә araşdırılmayıb. Növbәti hiylәgәr gedişlә xal qazanma, Mәmmәdov. Bu tәlәb Gәncәnin icra başçısı Elmar Vәliyevdәn gәlib.

4. Alqış öz yerindә, çox uzaqda deyil. Audit sizin fәaliyyәtinizi dә yoxlayacaq. AFFA-dakı "ikili kart" hoqqasından tutmuş, başqa alqışalayiq işlәrinizdәn dolayı...

5. Alqış bizə - "Kəpəz" qalmaqalının ört-basdır etməyə çalışan sizi buna imkan vermədiyimizçün düşür. Başqasının xidmətini öz adınıza çıxarmaq müftəxorluğun vərdiş halını aldığının göstəricisi olmasın birdən...

"FutbolPress"


oxunma sayı: 674 | Paylaş:




?>