Bu gün:


FutbolPress.Az | "Kəpəz"dəki maxinasiya və baş katibin gülməli açıqlaması (KİÇİK QEYD)

"Kəpəz"dəki maxinasiya və baş katibin gülməli açıqlaması (KİÇİK QEYD)


oxunma sayı: 389 Paylaş:

FutbolPressMikayıl Nərimanoğlu "Kəpəz" MŞ-dan uzaqlaşdırılıb. Audit araşdırmasının nəticəsində maliyyə itkiləri aşkarlandığı üçün təqsirli bilinərək...

Bəs hardadır? Yoxdur.

AFFA-nın "Kəpəz"dəki MŞ nümayəndəsinin adı maxinasiyada hallanır, ancaq qurumun baş katibi deyir, bu yeyinti elə çox olmayıb, ikinci plandadır.

Ayıbdır. Bu nə açıqlamadır.

Buna görə ictimaiyyətə dəqiq məlumat vermək lazımdır. O nə açıqlamadır, dolamısınız? Uşaq futbolunun inkişafına görə adamı geri çağırmısnız? Bu nə axmaq əlaqələndirmədir?

Burda Gəncənin icra başçısı Elmar Vəliyev və AFFA rezidenti Rövnəq Abdullayev səviyyəsində zəngləşmə və Mikayıl Nərimanoğlunun araşdırılması məsələsi var, siz bu gopoloji bənzətmələrinizlə belə həssas mövzunu kulisə atmaq istəyirsiz?

Redaksiyamıza daxil olan son məlumata görə, Mikayıl Nərimanoğlu Rəşad Eyyubovun "Kəpəz"dən "Qəbələ"yə keçidində külli-miqdarda mənimsəməyə əl atıb.

Bu cür informasiyalar çoxdur.

Mikayıl bəy isə redaksiyamıza olaylarla bağlı aıqlama verəcəyini bildirib.

Qarşı tərəfin fikrini dərc etməyə təbii ki, hazırıq.

AFFA--nn media əlaqələndiricsi kimi strateji vəzifəsini daşıyan birinin belə işlərə əl atması faktları ortaya çıxırsa, deməli...

Araşdırmalara ciddi ehtiyac var.

Elçin Cəlilov


oxunma sayı: 389 | Paylaş: