Ronaldo Reşfordu "Real"da görmək istəyir
Paylaş:
"Real"ın ulduzu Kristiano Ronaldo "Mançester Yunayted"in futbolçusu Markus Reşfordu "kral klubu"nda görmək istəyir.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, Portuqaliya millisinin kapitanı klub prezidenti Florentino Peresə gənc oyunçunu transfer etməyi məsləhət görüb. Ronaldonun fikrincə, 19 yaşlı forvard "Real"a çox yardım edə bilər.
Reşford bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 6 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
| Paylaş: