')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"ın zədəlisi sıraya döndü

"Sumqayıt"ın zədəlisi sıraya döndü


oxunma sayı: 112 Paylaş:

FutbolPressPremyer Liqanın 9-cu turunda “Zirə” ilə qarşılaşacaq olan “Sumqayıt” hazırlıqlarını davam etdirir.

Samir Abasovun komandası bu gün “Kapital Bank Arena”da növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb.

Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.

“Sumqayıt” – “Zirə” qarşılaşması 21 oktyabr, saat 17:00-da keçiriləcək.


oxunma sayı: 112 | Paylaş:




?>