')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin idmançıları Ukrayna kanalında - VİDEO

"Qəbələ"nin idmançıları Ukrayna kanalında - VİDEO


oxunma sayı: 174 Paylaş:

FutbolPress"Qəbələ"nin boks bölməsinin baş məşqçisi Ramiz Mirkamalov və boksçusu Kamran Şahsuvarlı Ukraynanın Krıvoy Roq şəhərində "ТРК Рудана" kanalının "Спортивна середа" verilişinin qonağı olublar.

İdmançılar Krıvoy Roqda qonaqpərvərliklə qarşılandıqlarını bildirib, "KB-75" komandası ilə oyunöncəsi təəssüratlarını bölüşüblər. Veriliş Azərbaycan və Ukrayna boks ənənələri və tərzləri barədə söhbətlə davam edib.

"KB-75" klubu ilə beynəlxalq yoxlama görüşü 21 oktyabr tarixində baş tutacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə boksçular 7 çəki dərəcəsində üz-üzə gələcək. Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandanı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.

Verilişin videoyazısını təqdim edirik. 



oxunma sayı: 174 | Paylaş:




?>