')

Bu gün:


FutbolPress.Az | Robben qalır, Riberi isə...

Robben qalır, Riberi isə...


oxunma sayı: 363 Paylaş:

FutbolPress"Bavariya"da müqaviləsi mövsümün sonunda başa çatacaq Aryen Robben və Frank Riberinin taleyinə aydınlıq gəlib. Bu barədə klubun prezidenti Karl-Haynz Rummenige məlumat verib.

"Bild"ə danışan funksioner Robbenin qalacağını bildirib. O deyib ki, Hollandiya millisindəki çıxışını başa vurduqdan sonra təcrübəli oyunçu bütün diqqətini "Bavariya"ya yönəldə bilər və o, hələ də komanda üçün əhəmiyyətli oyunçulardandı.

Hazırda zədəli olan Riberinin isə gələcəyi sual altındadı. Rummenige sadəcə onun bu mövsüm meydana çıxmayacağını deməklə kifayətlənib. Bu isə o anlama gəlib ki, fransız oyunçu ilə yeni müqavilə imzalanma ehtimalı azdı.


oxunma sayı: 363 | Paylaş:




?>