"Qarabağ" - "Atletiko" oyununu neçə azarkeş izlədi?
Paylaş:
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Ağdam klubu doğma meydanda "Atletiko" ilə heç-heçə edib - 0:0.
Bakı Olimpiya Stadionunda keçirilən görüşü 47923 tamaşaçı izləyib. Bu, C qrupunda turun ən yüksək göstəricisi olub. Ümumilikdə isə oyun azarkeş sayına görə 6-cı yerdə qərarlaşıb.
Bu baxımdan ən yüksək göstərci Madriddə qeydə alınb. "Santiaqo Bernabeu"da "Real"la "Tottenhem" arasında keçirilən görüşü (1:1) 76589 nəfər tribunadan izləyib.
| Paylaş: