')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" derbiyə itkilərlə çıxacaq

"Kəpəz" derbiyə itkilərlə çıxacaq


oxunma sayı: 110 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının IX turunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” oyuna itkilərlə çıxacaq. Komandada həm cəzalı, həm də zədəli futbolçular var. Ötən tur “Zirə”yə qarşı matçda sarı vərəqə limitini dolduran Şəhriyar Əliyev cəzalı duruma düşüb. Bu səbəbdən müdafiəçi tarixi derbidə iştirak edə bilməyəcək.

“Sarı-göylər”in 2 futbolçusu isə zədəlidir. İlkin Sadıqov və Samba Diallo məşqlərdən kənarda qalıb. Onların qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir. Zədədən qayıdan Əli Səmədov fərdi halda məşqlərə başlasa da, hazırlığı istənilən səviyyədə deyil. Tural Rzayev ilə Azad Kərimovun durumu isə yaxşıdır. Kərimov dünəndən məşq prosesində iştirak edirsə, Rzayev bu gün komandaya qoşulacaq.


oxunma sayı: 110 | Paylaş:




?>