')

Bu gün:


FutbolPress.Az | "Qrup mərhələsində oynamağa tam hazır olmasaq da..." - "Qarabağ"ın məşqçisi

"Qrup mərhələsində oynamağa tam hazır olmasaq da..." - "Qarabağ"ın məşqçisi


oxunma sayı: 170 Paylaş:

FutbolPress“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyunu nu keçirdi. Ağdam klubu “Atletiko”lu həmyaşıdları ilə üz-üzə gəldi. Görüş təmsilçimizin 1:5 hesablı məğlubiyyətiylə başa çatdı.

Matçdan sonra komandanı bu görüşə çıxaran baş məşqçi kimi çıxaran Aftandial Hacıyev jurnalistlərin suallarını cavablandırdı. O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Komandamız ilk dəfədi Gənclər Liqasında çıxış edir. Bizim üçün əla təcrübədi. Bu oyunların komandaya böyük faydası olacaqə Düşünürəm ki, oyundan-oyuna futbolçularımız təcrübə qazanacaqlar. Belə oyunlar futbolçulardan böyük güc tələb edir və uşaqlar hələ bun alışmayıblar. Gənclərimiz indi-indi buna öyrəşirlər. Biz əvvəlcədən hansı komandaya qarşı oynayacağımızı bilirdik. Səviyyə fərqi ortadadı. Ancaq müəyyən vaxtlarda futbolçularımız rəqibə çətin anlar yaşada bildilər, bəzi epizodlar zamanı hesab arasında fərqi azaltmaq imkanımız var idi. Biz qrup mərhələsində oynamaq üçün tam hazır olmasaq da, böyük təcrübə toplayırıq".
 
- Təcrübəli komandalarla oyunlara məşqçilər və futbolçular nə qazandılar?
- Bayaq da qeyd etdim, futbolçular oyundakı sürəti hiss edirlər, rəqibin üstün cəhətlərini və komanda şəkilində müdafiə olunmağı görürlər. Taktiki cəhətdən yeniliklə üzləşirlər. Təbii ki, bu təcrübə oyunçulara həm ölkə çempionatının oyunlarında, həm də milli komandalarda kğmək olacaq.
 
- Azərbaycanlı futbolçular Avropa klublarında özlərini göstərə bilmirlər. Komandanızın heyətində xarici ölkədə top qovmağa layiq futbolçu görürsünüz?
 
- Bilirsiniz ki, Gənclər Liqasında limitlə bağlı problemlərimiz var. Ancaq elə futbolçularımız var ki, gələcəkdə müəyyən səviyyəyə çata bilərlər. Amma onlar çox çalışmalı və fərdi şəkildə üzərlərində işləməlidilər. Bundan başqa, sosial həyatdan ayrı qalmalı və idmana olan baxışlarını dəyişməlidirlər. Bəzi futbolçuların perspektivi var, amma baxırsan ki, sosial həyatda özlərini idmançı kimi aparmırlar və 21 yaşda itib-batırlar. Düşünürəm ki, gənc futbolçular təcrübə artırmaq üçün yüksək liqada oynamalıdılrlar. Amma bizim çempionatda 8 komanda mübarizə apardığı üçün şans yaranmır. İnanıram ki, 2-3 ilə hansısa gənc futbolçumuz ortaya çıxacaq.
 
- Bu gün komandanın yeganə qolunu vuran Deda əvvəlki matçlarda niyə meydana çıxmamışdı?
- O, zədəli idi. Buna görə də formasını bərpa etməliydi. Baxmayaraq ki, 4 aydı oynamır, yaxşı təsir bağışladı. Amma yenə də 90 dəqiqə oynamağa hazır deyil. Həm də limit bəzi oyunçuları meydana buraxmağımıza imkan vermir.

- Rəşad Sadıqovu məşqçi kimi əvəzləmək necə hiss idi?
- Paltardəyişmə otağında Rəşadla bir yerdə idik. Ümumiyyətlə, bu oyuna bi yerdə hazırlaşmışıq. Deyərdim ki, Sadıqov məşqçiliyə çoix həvəslidi. Onu əvəz etməyə hər zaman hazırıq. Bu gün də çalışdıq ki, futbolçular onun yoxluğunu hiss etməsinlər. İkinci səbəbi də o idi ki, Rəşad axşam "Atletiko"nun əsas komandasına qarşı meydana çıxa bilər. Bu baxımdan qərara gəldi ki, fiziki güc sərf etməsin və bu işi mənə tapşırdı.


oxunma sayı: 170 | Paylaş:




?>