')

Bu gün:


FutbolPress.Az | AFFA cəzaları açıqladı

AFFA cəzaları açıqladı


oxunma sayı: 66 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının VIII turunun “Səbail” – “Neftçi” matçında qonaqların futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə olunub.

Əvəzedici heyətlərin VIII turunun “Zirə" – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə edilib.

I Divizionun III turunun MOİK – “Şüvəlan” matçında birincilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

“Binə” – “Qaradağ Lökbatan” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Mil-Muğan” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onların hər ikisi 80 manat cərimələnib.

Oyunun 71-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə edilib.


oxunma sayı: 66 | Paylaş:




?>